Skott sahili

Skott sahili (Antarktida)
Skott sahili
Skott sahili Antarktida xəritəsində

Skott sahili (ing. Scott Coast) — Şərqi Antarktidanın qərb sahillərini əhatə edir. Ross dənizinin suları ilə yuyulur.

Sahilin uzunluğu 400 km təşkil edir. Ərazisinin böyük hissəsini Şahzadə-Albert dağları tutur. Sahilləri ön dağlığı formasında olan buzlaqlarla sərhədlənir. Burada quru vadilər vardır. Onlar vahələr əmələ gətirir. Bu vahələrdə olan göllərin alt təbəqələrində sular 20—25 °С təşkil edir. Bu vahələrdən birində Yeni Zelandiyaya məxsus olan Vanda stansiyası fəaliyyət göstərir. 5 yanvar 1974 ildə burada 14,8 °C temperatur qeydə alınmışdlr. Bu isə Antarktida tarixində ən isti temperaturdur[1][2].

Sahil ingilis dənizçisi Robert Skottun şərəfinə adlandırılmışdır.

  1. [https://archive.today/20120525195312/http://www.ncdc.noaa.gov/oa/climate/globalextremes.html Arxivləşdirilib 2012-05-25 at Archive.today Global Measured Extremes of Temperature and Precipitation. National Climatic Data Center(ing.)
  2. Antarctica: Highest Temperature — Global Weather & Climate Extremes Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine (ing.)

Developed by StudentB